Sumqayıtlı gənclər ödənişsiz İnnovasiya və texnologiyalar sahəsində təlimlərə qatıla bilərlər

Total
1
Shares
Foto mys gov az
Foto mys gov az

Sumqayıtlı gənclər 2 həftə davam edəcək İnnovasiya və texnologiyalar sahəsində HELP (Hands-on Engineering Leadership Proqram) təlimlərində iştirak edə biləcəklər. Təlimlərə həm peşəkar, həm də həvəskar şəxslər qatıla bilərlər.

Təlimlər aşağıdakı sahələri əhatə edir:

  • Robototexnika
  • Dron və PUA texnologiyası
  • Mühəndislik
  • İKT proqramlaşdırma
  • 3D modelləmə
  • Avia modelləmə

Ödənişsiz təlimlərə qoşulmaq istəyən şəxslər “Gənclər evl”nə yaxınlaşaraq və ya elektron qeydiyyat formasını dolduraraq, həmçinin QR kodu skan edərək 10 dekabr 2021-ci il tarixinədək müraciət edə bilərlər:

Sonda sertifikat əldə edən gənclər “Gənclər evi”ndə fəaliyyət göstərən “SPORTECH” studiyalarında mentor olaraq işləməyə dəvət olunacaqlar.

Əlavə məlumat üçün:

Tel. +994124658415

E-mail: [email protected]