Sumqayıt gəncləri “Milli-mənəvi dəyərlərimiz gənclərin gözü ilə” mövzusunda görüşdə iştirak ediblər. Bu haqda şəhərin Gənclər evi öz Facebook səhifəsində məlumat verib.
Gənclər evində keçirilən tədbirdə “Mənəvi Dəyərlərin Təbliği Fondu”nun icraçı direktoru Mehman İsmayılov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Salehqızı və Sumqayıt Gənclər evinin direktoru Nərgiz Nağıyeva iştirak ediblər.
Burada çıxış edənlər, milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən, insanı cəmiyyətdə formalaşdıran, onun inkişafında müstəsna rolu olan mənəvi dəyərlərin qorunması və təbliğinin vacibliyindən söz açıblar.
Həmçinin, son da gənclərə Fondun dəstəyi ilə hazırlanmış “İlham Əliyev – dəyərlərimizin keşiyində” adlı sənədli film nümayiş olunub və Fondun dəstəyi ilə nəşr edilmiş kitablar hədiyyə edilib.