Sumqayıtlı gənclər “Yoxsulluğu Yenidən Araşdır” Tədqiqat İşi Müsabiqəsində iştirak edə bilərlər

Total
0
Shares
Foto Sumqayıt Gənclər evinin Facebook səhifəsindən
Foto Sumqayıt Gənclər evinin Facebook səhifəsindən

17 oktyabr “Ümumdünya Yoxsulluqla Mübarizə Günü”nə həsr olunmuş “Yoxsulluğu Yenidən Araşdır” Tədqiqat İşi Müsabiqəsinə start verildi. Bu barədə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi məlumat yayıb.

Müsabiqədə iştirak etmək istəyən 14-29 yaş arası sumqayıtlı gənclər, aşağıdakı mövzulardan hər hansı biri ilə bağlı fikir və araşdırmalarını yazılı şəkildə təqdim edə bilərlər.

Mövzular: 

  • Yoxsulluğu necə anlayıram;
  • Su qıtlığının yoxsulluq səviyyəsinə olan mümkün təsirləri (Gender bərabərliyi, Təhsil və Sağlamlıq problemləri ilə əlaqədar olaraq);
  • Əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan insanların inkişafına maneə;
  • Kənd təsərrüfatında fəaliyyət göstərən qadınların yoxsulluğun azaldılmasındakı rolu (xüsusi bölgə və ya kənd təsərrüfatı üzrə tədqiqat arzuolunandır);
  • DİM 1 və Miqrasiya;
  • Yoxsulluq təhsil hüququna maneə edirmi? (ibtidai və orta məktəb təhsili üzrə);
  • Covid-19 pandemiyasının yoxsulluqla mübarizə tədbirlərinə olan mənfi təsirləri;
  • Qadınların iqtisadi fəallığının artırılması – yoxsulluğun azaldılması;
  • Uşaqların doğulanadək cins seçimi ölkənin demoqrafik balansına və iqtisadiyyatına təsiri.

Müraciət qaydaları: 

  • Həcm: Maksimum 150 sözdən ibarət başlanğıc ilə, 1000-1500 söz aralığı (biblioqrafiya istisna olmaqla)
  • Format: PDF
  • Dil: Azərbaycan/İngilis/Rus

Seçim prosesi:

  • Müsabiqənin ilk üç qalibi imzalanmış sertifikatlar və hədiyyələrlə təltif olunacaqdır.
  • Qaliblər 25 oktyabr 2021-ci il tarixində xüsusi mükafatlandırma mərasimi ilə elan olunacaqdır.

Maraqlanan şəxslər 20 oktyabr 2021-ci il, Bakı vaxtı ilə saat 23:59-dək [email protected] ünvanına müraciət edə bilərlər.