Sumqayıtlı şəhid ailələri və müharibə əlilləri, habelə Vətən müharibəsində xəsarət almış hərbi qulluqçular yeni əlaqələndirmə mərkəzinə müraciət edə biləcəklər. DOST agentliyinin Abşeron filialında yaradılmış mərkəz bu gün, 4 noyabr tarixindən etibarən faəliyyətə başlayıb.
Məlumata əsasən, burada Sumqayıt və Abşeron rayonunda yaşayan, qeyd olunan kateqoriyalara aid olan insanlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlər göstəriləcək.
Qeyd edək ki, yaradılan vahid əlaqələndirmə mərkəzlərində 26 istiqamətdə xidmətlər vahid məkandan təqdim edilir.