Sumqayıtlı şəhid Cəbrayıl Dövlətzadənin doğum günüdür

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Bu gün Sumqayıtlı “Vətən müharibəsi” şəhidinin doğum günüdür.

Cəbrayıl Dövlətzadə 11 sentyabr 2001-ci ildə Sumqayıtın Corat qəsəbəsində dünyaya gəlmişdir. O, 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsinin “Xüsusi Təyinatlı Qüvvələr”ində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Prezidentin sərəncamı ilə, ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə, həmçinin “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Dövlətzadə 28 sentyabr tarixində Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. O, II Şəhidlər Xiyabanında dəfn edilib.