Sumqayıtlı şəhid Adil İbrahimlinin ailəsinin fərdi yaşayış evi təbii qazla təmin edilib. Bu barədə Azəriqaz İB məlumat yayıb.
Adil şəhid olduqdan sonra onun ailə üzvlərinə fərdi yaşayış evi bağışlanıb. Bakı şəhəri, Qala qəsəbəsində inşa olunan evdə təbii qazın olmaması çətinlik yaradırdı. Bu problem “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həll olunub.
Adil İbrahimli 1992-ci il sentyabrın 9-da Sumqayıt şəhərində anadan olub. İbrahimli 7 noyabr tarixində Şuşa döyüşləri zamanı şəhid olmuşdur.
Adil ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın və Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Həmçinin, Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbə Adil Asəm oğlu İbrahimlinin adı verilib.