Sumqayıtlı şəhidin şəkli Prezidentin əlində

Total
0
Shares
Foto @1VicePresident
Foto @1VicePresident

Bakıda 27 sentyabr-Anım Gününə həsr olunmuş yürüşdə İlham Əliyev iştirak edib. Prezidentin əlində tutduğu plakatda noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olmuş Adil İbrahimlinin fotosu əks olunmuşdur.

Adil İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. O, 44 günlük müharibə zamanı Murovdağ döyüşlərində, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Baş-leytenant İbrahimliyə Prezidentin 9 dekabr sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Həmçinin, digər sərəncam ilə o, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid II-ci Fəxri Xiyabanda dəfn olunub.