Sumqayıtlı ibtidai sinif müəllimi vebinarda iştirak edəcək

Total
0
Shares
Foto arti.edu.az
Foto arti.edu.az

Sumqayıt şəhəri Nəsirəddin Tusi adına 12 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Zöhrə Məmmədova vebinarda müəlliflər qrupunun rəhbərlərindən biri kimi iştirak edəcək. Bu haqda Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.

“İbtidai siniflər üçün innovativ “Azərbaycan dili” dərsliyi: dilin tədrisində yeni yanaşmalar, qarşıya çıxan problemlər və onların aradan qaldırılma yolları” adlı onlayn seminarda Sumqayıtlı müəllim spiker qismində çıxış edəcək.

ARTİ tərəfindən təşkil olunan vebinarda müəllimlərə, valideynlərə və ibtidai təhsil mütəxəssislərinə “Azərbaycan dili” dərslik komplektinin yenilənməsinin əsas səbəbləri izah ediləcək. Həmçinin, onları maraqlandıran suallar cavablandırılacaq və yeni “nəsil” Azərbaycan dili dərslik komplektinin quruluşu, məzmunu və təlim metodikasındakı innovativ yanaşmaların xüsusiyyətləri barədə məlumat veriləcək.

Vebinar 29 sentyabr saat 17:00-da ARTİ-nun Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.