Sumqayıtlı idmançılar Azərbaycan çempionatıda 7 medal qazanıb

Total
0
Shares
Foto Sumqayıt Olimpiya İdman Kompleksi
Foto Sumqayıt Olimpiya İdman Kompleksi

Kişilər və qadınlar arasında taekvondo üzrə Azərbaycan çempionatında sumqayıtlı idmançılar 7 medal qazanıb. Bu haqda Sumqayıt Olimpiya İdman Kompleksi Facebook səhifəsində məlumat yayıb.

100-dək idmançının mübarizə apardığı yarışda qadınlar arasında Sona Ağayeva (46 kq) və Fatimə Məcidova (62 kq), kişilərdən isə Pərviz İsgəndərov (58 kq) 1-ci yerə layiq görülüblər.

Həmçinin, qadınlar arasında Paniz İsmaelpour (49 kq), kişilərdən isə Ruslan Seyidov (58 kq) və Xanoğlan Kərimov (63 kq) gümüş medal qazanıblar. Raul İbrahimli (74 kq) bürünc medal qazanıb.