Sumqayıtlı idmançılar “İlin idmançısı” seçilməyə namizəddirlər. Bu siyahı İdman Araşdırmalar Mərkəzinin Facebook səhifəsində paylaşılıb.
Baş sponsoru “Azfar Group”, sponsoru Azərbaycanın ilk idman geyimi brendi “Il`Azero”, informasiya dəstəkçisi “Report”, təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionu olan “İlin Qalibləri-2021” layihəsində:
İlin İdmançısı adına:
Rafael Ağayev – karateçi (Avropa çempionatının və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş, dünya çempionatının (komanda) bürünc medalçısı) və daha 9 idmançı;
İlin Komandası adına:
“Sumqayıt” futbol komandası (Azərbaycan Premyer Liqasının bürünc medalçısı) və daha 8 komanda;
İlin futbolçusu adına:
Rəhim Sadıxov (“Sumqayıt”) və daha 8 futbolçu namizəddir.
Qeyd edək ki, layihə ardıcıl olaraq 9 ildir ki, həyata keçirilir.