Sumqayıtlı şagirdlər Estoniyada keçirilən “Qızıl Payızın ulduzları” müsabiqəsində qalibiyyət qazanıblar. Bu haqda şəhərin Mədəniyyət İdarəsi məlumat yayıb.
Belə ki, paytaxt Tallində baş tutan müxtəlif janrlı müsabiqədə Q.Qarayev adına 1 nömrəli Uşaq musiqi məktəbinin 4-cü sinif şagirdi Aysu Məmmədzadə, 3-cü sinif şagirdləri Ayla Pənahova və Çingiz Ələsgərov fortepiano ixtisası üzrə müxtəlif yaş kateqoriyalarında 1-ci yerə layiq görülüblər. Şagirdləri birinciliyə Esmira Əliyeva və Sevda Ələkbərli hazırlayıb.
Qeyd edək ki, münsiflər heyəti şagirdlərin çıxışlarını çox bəyəndikləri üçün onları əlavə diplomla da təltif ediblər.