Sumqayıtlı kikboksçu İtaliyanın Jesolo şəhərində keçirilən “WAKO” dünya çempionatında uğurlu çıxışını davam etdirir.
Sumqayıt24-ün məlumatına görə, Azərbaycan milli yığma komandasının ful-Kontakt versiyası üzrə 54 kq çəki dərəcəsində çıxış edən 29 yaşlı Camal Məmmədov polşalı rəqibi Tomçak Davidə qalib gələrək turnirin yarımfinalına yüksəlib.
Qeyd edək ki, yarış 24 oktyabr tarixində yekunlaşacaq.
İdmançımız, 2 qat Azərbaycan və 1 qat “WAKO” dünya birinciliyinin çempionudur. O, 2017-ci ildə böyüklər arasında WAKO dünya çempionatında 3-cü yeri, 2019-cu ildə həmin yarışda isə 2-ci yeri tutub.