Sumqayıtlı İlham Zəkiyev Tokio-2020 paralimpiadasında 3-cü pillədə qərarlaşıb

Total
0
Shares
Foto əmək və əhalinin sosial mudafiəsi nazirliyi Facebook səhifəsi
Foto əmək və əhalinin sosial mudafiəsi nazirliyi Facebook səhifəsi

Iki qat paralimpiya çempionu, Sumqayıtlı İlham Zəkiyev Tokio-2020 yarışlarında bürünc medal qazanıb. Bu onun karyerası ərzində paralimpiya oyunlarında qazandığı 4-cü medaldır.

Report-a istinadən Zəkiyev ilk görüşdə 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə apardığı britaniyalı Cek Hoksonu məğlub edib. Daha sonra 1/4  finalda idmançımız iki ayaq barmağının sınması səbəbindən  Van-Gen Çoiyə uduzub. Sumqayıtlı cüdoçu təsəlliverici görüşdə yamaykalı Teador Subbaya qalib gəlib, bürünc medal uğrunda görüşdə isə özbəkistanlı Şirin Şaripovdan üstün olaraq  yarışları üçüncü pillədə başa vurub.

“Bu, mənim 5-ci paralimpiadam idi. Buradan da əliboş qayıtmıram. Bürünc medalla vətənə dönürəm. Rəqiblərim isə çox çətin idi. 6 qızıl və 2 bürünc medalla ölkəyə qayıdırıq. Biz sübut etdik ki, Azərbaycanda cüdo var və cüdoçularımız dünya şöhrətlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir