Sumqayıtlı şagirdlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə keçiriləcək Olimpiada iştirak edə biləcəklər. Bu barədə Fənlərin Dostluğu Olimpiadası (FDO) məlumat yayıb.
5 dekabr 2021-cı il tarixində baş tutacaq FDO-da ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında təşkil olunacaq.
Olimpiada 2 saat davam edəcək və bu müddətdə məktəblilərə 50 sualı təqdim olunacaq. Bilik yarışında iştirak etmək ödənişsizdir. FDO-da iştirak edəcək şagirdlər və onların təhsil aldığı məktəblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Maraqlanan şəxslər 2 dekabr tarixindək aşağıda qeyd olan linkdən qeydiyyatdan keçə biləcəklər:
http://inteqrasiya.az/qeydiyyat/