Sumqayıtlı müəllim “Azərbaycanın ilkin feodal dövlətləri” mövzusunda təşkil olunacaq onlayn seminarın spikeri olacaq

Total
0
Shares
Foto Azərbaycan Respublikasının Təhsil İnstitutunun Facebook səhifəsindən
Foto Azərbaycan Respublikasının Təhsil İnstitutunun Facebook səhifəsindən

Sumqayıt şəhər General-Mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin tarix müəllimi “Azərbaycanın ilkin feodal dövlətləri” mövzusunda təşkil olunacaq vebinarda spiker qismində çıxış edəcək. Bu haqda vebinarın təşkilatçısı olan Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) öz Facebook səhifəsində məlumat yayıb.

Müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinar 10 dekabr, saat 17:00-da keçiriləcək. Burada, qeyd etdiyimiz mövzu testlər üzərində izah olunacaq.

Seminar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.