Sumqayıtın 25 nömrəli tam orta məktəbin müəllimi “Fərq Yaradan Gənc Müəllim” müsabiqəsinin qalibi olub. Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
Sevinc Əsədova 400-dən çox gənc müəllimin iştirakçı olduğu müsabiqənin final mərhələsinə seçim meyarlarına cavab verdiyi üçün, daha 9 nəfərlə birlikdə adını qaliblər sırasına yazıb.
Müsabiqə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Kapital Bankın sponsorluğu ilə təşkil olunmuşdur.
Sonda, qalib müəllimlər diplom və hədiyyələrlə təltif olundular.