Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin müəllimi “TƏRƏQQİ” medalı ilə təltif edilib. Bu haqda Azərbaycan Respublikası Təhsil Nazirliyi məlumat yayıb.
Afət Həsənova bu medala Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə layiq görülüb. Medalın təqdim etmə mərasimində Təhsil Naziri Emin Əmrullayev də iştirak edib.