Sumqayıtın Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunları qəbul imtahanında yüksək nəticələr göstəriblər. XI sinfi bitirən 54 şagirddən 32-si 600-dən çox bal toplayıb.
Bu şagirdlərdən, Murad Bəşirov və Sirac Yahyazadə beynəlxalq olimpiyadaların qalibləri olduğu üçün Koreyanın Texnologiyalar Universitetinə qəbul olublar. Daha 2 nəfər, Ayxan Mahmudov və Nadir İsgəndərov respublika fənn olimpiyadasının, Əli Nəcəfov isə “Sabahın alimləri” respublika müsabiqəsinin qalibi olub. Bu səbəbdən onlar ali məktəblərə imtahansız qəbul olublar. Lisey üzrə ən yüksək nəticəni Arzu Məmmədova 691 bal yığaraq göstərib.
Həmçinin, Sumqayıtda yerləşən 21 nömrəli və 11 nömrəli məktəblərin 10 məzunu qəbul imtahanında 600-dən çox bal yığıb. Bu il 697 bal toplayaraq, bütün qruplar üzrə ölkə birincisi olan Əbil Şəfiyev də 11 saylı məktəbin məzunudur .
11 avqust, Arzu Məmmədovanın və Əbil Şəfiyevin deputat Müşfiq Məmmədli ilə görüş keçirilib.