Sumqayıtlı para-atlet Səid Nəcəfzadə Tokio-2020-də bürünc medal qazandı

Total
0
Shares
Foto Azərbaycan Milli Paralimpiya Komitəsi rəsmi Facebook səhifəsi
Foto Azərbaycan Milli Paralimpiya Komitəsi rəsmi Facebook səhifəsi

Sumqayıtlı para-atlet Tokio Paralimpiadasında bürünc medal qazandı.

22 yaşlı Səid Nəcəfzadə uzunluğa tullanma yarışlarında 7,03 metrlik nəticə göstərərək birinciliydə 3-cü pillədə qararlaşıb. Yarışın qalibi isə 7,21 metr nəticəylə iranlı Amir Xosravani olub.

İdmançımız 2016-cı ilin may ayında Ümid idman məktəbini təmsil edərək üçqat tullanma yarışlarında Bakı şəhər birinciliyini qazanmışdır. Həmçinin 2019-cu ilin iyul ayında keçirilən Tunis Qran Prisində uzunluğa tullanma yarışlarında 6,80 metr nəticə ilə gümüş, 2021-ci ilin iyun ayında Polşanın Bydgoszcz şəhərində keçirilən Avropa Çempionatında isə 6,97 metrlik nəticə ilə qızıl mükafatçı olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir