Sumqayıtlı paralimpiya çempionu “Be Active” layihəsində iştirak edib

Total
0
Shares
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

Sumqayıtlı paralimpiya çempionu İlham Zəkiyev idman həvəskarları ilə görüşüb. Bu barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Facebook sosial şəbəkəsində məlumat yayıb.

Mingəçevir şəhərində “Be Active” devizi altında keçirilən Avropa İdman Həftəsi çərçivəsində müxtəlif tədbirlər təşkil edilib.

İlham Zəkiyev 2008-ci il dekabr ayının 26-da “Şöhrət” ordeninə; 2009-cu ilin mart ayının 5-də “Əməkdar idman ustası” adına; 2012-ci ildə “Tərəqqi” medalına layiq görülüb. 2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb. 2016-cı ildə İlham Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.