Azərbaycanın kumite üzrə komandası dünya çempionatının bürünc medalını qazanıb.
Rafael Ağayev, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət kollektiv Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən çempionatda Özbəkistanla qarşılaşıb.
Yığmamız 3:2 hesabı ilə qələbə qazanıb və fəxri kürsünün 3-cü pilləsinə qalxıb.