Sumqayıt şəhər sakini qazi Həsən Yaqubov “Zəfər yolu” sənədli filmlər silsiləsində çəkilib. Bu barədə Aztv məlumat yayıb.
Həsən Yaqubov 5 oktyabr tarixində müharibəyə qatılmışdır. O, Qubadlıya piyada-sanitar atıcı olaraq yola düşmüşdür. Həsən “Cəsur döyüşçü” və “Qubadlı uğrunda” medalları ilə təltif olunub.
“Zəfər yolu” filmində Azərbaycan ordusunun 44 gün ərzində keçdiyi döyüş yolunun detalları əks olunacaq. Sənədli filmlər seriyasının ilk bölümü Şuşaya həsr olunub. Çəkilişlər Qubadlı, Xocəvənd, Füzuli, Cəbrayıl və Şuşada aparılıb.