Sumqayıtlı qrossmeyster növbəti turnirdə çıxış edəcək

Total
0
Shares
İnstagram shakh_mamedyarov
İnstagram shakh_mamedyarov

Sumqayıtlı şahmatçı Şəhriyar Məmmədyarov növbəti turnirə qatılıb. O, bu dəfə “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi “Aimchess USRapid” turnirində öz gücünü sınayacaq.

Məmmədyarov bu gün, 28 avqust tarixində 1-ci turda fransalı Maksim Vaşe-Laqrav ilə,  2-ci turda amerikalı Leyner Dominqes, 3-cü turda polşalı Yan Kşiştov Duda ilə və son iki turda isə rusiyalı Vladislav Artemiyev və niderlandlı Aniş Giri ilə yarışacaq.

16 şahmatçı iştirak edəcək turnir 5 sentyabradək davam edəcək və yarışın mükafat fondu 100 min ABŞ dollara bərabərdir.

Mükafat fondu 300 min ABŞ dolları olacaq “Champions Chess Tour”un final mərhələsinə isə 25 sentyabr start veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir