Qrossmeyster Şəhriyar Məmmədyarovun dünya şahmat reytinqində tutduğu mövqeyi açıqlanıb. Həmin reytinqi Beynəlxalq Şahmat Federasiyası (FIDE) paylaşıb.
Belə ki, 36 yaşlı sumqayıtlı şahmatçı 11-ci pillədə qərarlaşıb və mövqeyini qoruyub. Hal-hazırda onun hesabında 2765 xal var. Həmçinin, Azərbaycanı təmsil edən digər şahmatçı Teymur Rəcəbov 2763 xalla 12-ci pillədə qərarlaşıb.
Reytinqdə isə Maqnus Karlsen liderlik edir.
Məmmədyarov 2020-ci ilin retinqinə əsasən dünyanın 100 ən yaxşı şahmatçıları arasında 8-ci pillədə olub.