36 yaşlı Şəhriyar Məmmədyarov Çempionlar Turunun final mərhələsini 10-cu pillədə başa vurub.
Sumqayıtlı şahmatçı son turda Levon Aronyana uduzub. İlk 2 partiyadan Ermənistan təmsilçisi qələbə ilə ayrılıb. 3-cü görüşdə isə heç-heçə qeydə alınıb.
Çempionlar Turunun qalibi turnirin təşkilatçısı norveçli Maqnus Karlsen olub. İkinci yeri isə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov tutub.