Sumqayıtlı qrossmeyster “Grand Swiss 2021” turnirində iranlı rəqibi ilə qarşılaşıb

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıtlı şahmatçı Vasif Durarbəyli “Grand Swiss 2021” turnirində ilk qarşılaşmasına çıxıb. Bu haqda Sumqayıt24 Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytına istinadən xəbər verir.

Məlumata görə, Latviyanın paytaxtı Riqada keçirilən birincilikdə qrossmeysterimiz iranlı Parham Maqsudlu ilə qarşılaşıb. Bu qarşılaşma Maqsudlunun qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, mükafat fondu 425.000 dollar olan turnirdə daha üç Azərbaycanlı iştirak edir.