Sumqayıtlı şahmatçı Şəhriyar Məmmədyarov klublararası Avropa kuboku yarışının 5-ci turu çərçivəsində dünya üzrə şahmat reytinqinin lideri Maqnus Karlsenlə üz-üzə gəlib.
Makedoniyanın Struqa şəhərində keçirilən birincilikdə qrossmeysterimizin yer aldığı Makedoniyanın “Alkaloid” komandası Norveçin “Offerspill Chess Club”u ilə qarşılaşıb. Bu qarşılaşma çərçivəsində Məmmədyarov dünya çempionu Karlsenlə heç-heçə oynayıb.
Qeyd edək ki, 38 komandanın mübarizə apardığı yarışda Şəhriyarın yer aldığı komanda Norveç təmsilçisini 5,5:0,5 hesabı ilə məğlub edib.