Sumqayıtlı qrossmeyster Vasif Durarbəyli koronavirusa yoluxub

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Şahmat üzrə Avropa çempionatında iştirak edən Sumqayıtlı qrossmeyster Vasif Durarbəyli koronavirusa yoluxub. Bu səbədən o birincilikdə mübarizəni dayandırıb.

Report-a istinadən 29 yaşlı beynəlxalq dərəcəli şahmatçımızın sözlərin təqdim edirik:

“PCR testinin nəticəsi indi çıxdı. Məni başqa otelə aparacaqlar. Bunadək turnirin təşkil olunduğu oteldə qalırdım”.

Qeyd edək ki, Durarbəyli 2010-cu ildə qrossmeyster adına layiq görülmüşdür. O, 2006-cı ildə Turində keçirilən Olimpiadada Azərbaycan yığmasının heyətində olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir