Narkotik təsiri altında olan sumqayıtlı sürücü 9 ay müddətinə sürücülük hüququndan məhrum edilib. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə dekabrın 5-də saat 18 radələrində Sabirabad rayonunun Nizami kəndi ərazisində baş vermişdir. Sumqayıt sakini A.Tapdıqovun idarə etdiyi “Shacman” markalı yük avtomobili polis əməkdaşları tərəfindən yoxlanış üçün dayandırılmışdır. Nəticədə onun narkotik vasitənin təsiri altında olması müəyyən olunmuşdur. A.Tapdıqovla birgə digər yük maşınının sürücüsü Bakı şəhər sakini E.Binyətovda saxlanılmışdır.
Hər 2 sürücü Şirvan şəhər məhkəməsinin qərarı ilə sürücülük hüququndan məhdudlaşdırılıblar.