Sumqayıtlı taekvondoçular Azərbaycan birinciliyində uğur qazanıblar

Total
0
Shares
Azərbaycan Taekvondo Federasiyası
Azərbaycan Taekvondo Federasiyası

Sumqayıt Olimpiya İdman Kompleksində taekvondo üzrə Azərbaycan birinciliyində sumqayıtlı gənclər yüksək nəticələr əldə ediblər. Bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Qızlar arasında Fatimə Həsənova (59 kq) 1-ci, Zeynəb Məmmədova (49 kq) və Məryəm Məmmədova (44 kq) 2-ci, Səadət Quliyeva (63 kq) isə 3-cü yeri qazanıb.

Oğlanlar arasında isə Samir Mirzəyev (45kq) və Adil Eyvazov (51 kq) 2-ci pillədə qərarlaşıblar.

Turnirdə 372 taekvondoçu qatılıb.