Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri yanğın-taktiki təlimdə iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən, “Siyəzən” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) çənlər parkında keçirilmiş təlimin məqsədi neft-qaz infrastrukturuna aid obyektlərdə baş verə biləcək yanğınlarla mübarizə sahəsində şəxsi heyətin bacarıqlarının artırılması, onların koordinasiyalı idarə edilməsi üzrə vərdişlərin təkmilləşdirilməsi olub.
Təlimə həmçinin, Siyəzən rayon Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri, Xızı və Şabran rayonlarının Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb edilib.