Sumqayıtlı yanğınsöndürənlər “Ən yaxşı manqa” adına layiq görülüblər

Total
0
Shares
Foto fhn.gov.az
Foto fhn.gov.az

Sumqayıtlı yanğınsöndürənlər “Ən yaxşı manqa”adı uğrunda baxış-müsabiqədə 1-ci yerə layiq görülüblər. Bu haqda Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.

Müsabiqə – şəhərimizin Dövlət Yanğından Mühafizə İdarəsinin 20, 22 və 24 nömrəli yanğından mühafizə hissələri və Bakıda yerləşən 15 yanğından mühafizə hissələri arasında keçirilib. Komandalar mübarizəyə 7 nəfərdən ibarət manqalarla qatılıblar.

Burada iştirakçılar neft, qaz və neft-kimya sənayesi müəssisələrində baş verə biləcək texnogen mənşəli fövqəladə halların qarşısının çevikliklə və peşəkarlıqla alınması istiqamətində öz bacarıqlarını təkmilləşdiriblər.

Nəticədə – I yeri Sumqayıt ŞDYMİ-nin 22 nömrəli YMH-nın, II yeri Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 13 nömrəli YMH-nın, III yeri isə Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə idarəsinin 54 nömrəli YMH-nin komandası tutub.

Qalib komandalara FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Foto fhn.gov.az
Foto fhn.gov.az