Sumqayıtlı Yunan-Roma güləşçisi Dünya çempionatının yarımfinalına yüksəlib

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıtlı Yunan-Roma güləşi üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Murad Məmmədov Dünya çempionatında yarımfinala yüksəlib. Bu haqda Sumqayıt24 Güləş Üzrə Dünya Çempionatının saytına istinadən xəbər verir.

Norveçin paytaxtı Osloda keçirilən yarışda, Məmmədov 60 kq dərəcəsində ardıcıllıqla macarıstanlı Kriştian Keçkemeti və qazaxıstanlı Aydos Sultangaliyə qalib gəlib.

Daha sonra isə sumqayıtlı idmançı yaponiyalı rəqibi Ayata Suzukini məğlub edib. Yarımfinalda o qırğızıstanlı güləşçi Joloman Şarşanbekovla qarşılaşacaq.

Qeyd edək ki, yarımfinallara bu gün, 8 oktyabr saat 18:30-da start veriləcək.