Sumqayıt şəhərin “Stansiya Sumqayıt” yaşayış massivində intihar hadisəsi qeydə alınıb. Bu barədə 26 iyul saat 20:00 radələrində məlum olub.
38 yaşlı Teymur Orucov yaşadığı evin həyətində ağacdan özünü asıb.
İntihar səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Daha bir intihar hadisəsi 26 iyul Bakının Xəzər rayonunda qeydə alınmışdır. 35 yaşlı Fərhad Əzizov boğazını ülgüclə kəsib hadisə yerində dünyasını dəyişmişdir.
DİN-in məlumatına görə, hər il Azərbaycanda təxminən 500 intihar hadisəsi baş verir. Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci il üzrə intihar reytinqinə əsasən Azərbaycan 184 ölkə arasında 176-cı yeri tutub.