Sumqayıtın 48-ci məhəlləsində yerləşən ev 5-in zirzəmisini su basıb. Bu hal artıq 10 ilə yaxındır ki davam edir. Sözügedən məsələ sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Həmin binanın sakinləri deyir ki, ətrafa üfunət qoxusu yayılıb, daha betəri isə bu üstü açıq və su ilə dolu zirzəmiyə azyaşlıların düşmə təhlükəsi var.
Qeyd olunur ki, sakinlər dəfələrlə öz vasəaitləri hesabına yaranmış antisanitar vəziyyəti aradan qaldırmağa çalışıblar, lakin bütün cəhdlər uğursuz alınıb.