Sumqayıt akvatoriyasında sintetik torlar təmizlənib

Total
0
Shares
Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında ekoloji aksiya keçirilib
Foto Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında ekoloji aksiya keçirilib. Bu haqda 25 iyul tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində su hövzəsindən sintetik torlar yığışdırılıb. Aksiya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilib.

Ümumilikdə ölkə üzrə su hövzələrindən 1263 metr uzunluğunda 17 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.