Sumqayıt – Bakı yolunda kilometrlərlə davam edən tıxac yaranıb

Total
0
Shares
Depisotphotos
Depisotphotos

Bu gün, 15 dekabr tarixində sumqayıtlı sürücülər paytaxta gedərkən 1 saata yaxın tıxacda gözləməli olublar. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.

Bu səfər kilometrlərlə uzunluğu olan tıxac “Masazır körpüsü”ndən tam 20 yanvar metrostansiyasınadək davam edib. Xırdalan “dairəsi”ndə yol patrul xidmətinin əməkdaşları tıxacı aradan qaldırmaq üçün xüsusi tədbirlər görüblər. Belə ki, onlar xidməti avtomobillər vasitəsi ilə hərəkətdə olan avtomobillərin önündə maneə yaradıblar və beləliklə axını az da olsa ləngitmək mümkün olub.