Sumqayıtda real aykido üzrə nümunəvi çıxışlar keçirilib. Sumqayıt24 bu haqda 21 iyul tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Tədbir bulvar ərazisində açıq havada “İdman hamı üçün” layihəsi çərçivəsində təşkil olunub. Məqsəd əhali, xüsusən də uşaq, yeniyetmə və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və asudə vaxtından səmərəli istifadədir.