Sumqayıt çimərlikərində antisanitariya şəraiti hökm sürür

Total
0
Shares
Foto Sumqayit24.az
Çimərliklərində antisanitariya

Sumqayıtın Novxanı çimərliklərində əhali yaranmış antisanitariyadan və şəraitsizlikdən şikayətlənir.

“Amore” və “Mariana Trench” restoranlarının yaxınlığında yerləşən çimərlikdə istirahət edən insanlar yemək qalıqlarını, plastik qab-qacaqları özlərindən sonra yığışdırmırlar. Müxtəlif materialdan olan butulkalar istifadə olunduqdan sonra yerə atılır. Bütün bunlar çimərliyin indiki hala gəlib çıxmasına səbəb olur.

Həmçinin çimərlik ərazisində paltar dəyişmək üçün yerlərin olmaması narazılıqları daha da artırır.

Azərbaycan Respublikasının inzibatı xətalar məcəlləsinə əsasən dəniz, göl və digər su obyektlərini çirkləndirən, zibilləyən, fiziki şəxslərə 600-1000 manat, vəzifəli şəxslərə 2500-4000, hüquqi şəxslərə isə 7500-10000 manat cərimə nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir