Sumqayıtın Corat qəsəbəsində küçələrdən birində yol asfaltlansa da, onunla kəsişən digər küçələr təmirsiz olaraq qalır. Bu haqda Sumqayıt24-ə qəsəbə sakinləri məlumat veriblər.
Belə ki, bir müddət əvvəl Coratın H. Salayev küçəsində ki (Cümə məscidinin ətrafında) yol yarıya kimi təmir olunmuşdur. Bura asfalt çəkilmiş, yaranmış çat və çökəkliklər aradan qaldırılmışdır. Lakin, təmir işləri həmin küçə ilə birləşik olan – Hüseyn Cavid, Nəcəf bəy Vəzirov, Zəminə Həsənova, eləcə də Məhəmməd Füzuli və Fikrət Əmirov küçələrindən yan keçib.
Sadalanan küçələrdə, yollar olduğu kimi – dağılmış, asfaltsız və yamaqlar ilə dolu qalıb.