Sumqayıtın Z.Tağıyev qəsəbəsinin yaxınlığında yerləşən çimərlikdə uşaq batma təhlükəsiylə üzləşib. Bu haqda melumat bu gün sosial şəbəkələrdə yayılıb.
Alınan məlumata əsasən hava döşəyinin üstündə olan uşağı külək dənizə aparıb. Polis əməkdaşları xilasedəciləri hadisə yerinə cəlb ediblər. Uşağı xilas etmək mümkün olub.
“Xilasedicilərə zəng elədik, amma yeri izah edə bilmədik. O zaman polis əməkdaşları yaxınlaşdı və Fövqaladə hallar nazirliyinin (FHN) məntəqə rəisinin mobil nömrəsini tapıb ona zəng elədik. Dərhal onlar dənizə 2 kater buraxdılar və uşağı xilas etdilər”, – hadisənin şahidlərindən biri bildirib.
Son sutka ərzində FHN-in verdiyi məlumata görə, nazirlik işçiləri tərəfindən dənizdə batan 5 nəfər xilas olunub.