Sumqayıt: daha dörd restoran karantin qaydalarını pozub

Total
0
Shares
Açıq mənbələrdən foto
Açıq mənbələrdən foto

Reyd zamanı Sumqayıtda yerləşən “Sahil”, “Xəlifə”, “Aylı gecə” və “Love palace” şadlıq saraylarında karantin qaydalarına riayət edilməməsi qeyd olunub. Bu haqda bu gün, 16 iyul məlum olub.

Toy mərasimlərində iştirak edənlərin sayı  icaze.e-gov.az portalında qeydiyyatdan keçən qonaq sayından çox olub. Karantin qaydalarını pozan 4 restoran sahibləri 4000 manat cərimələnib. 

Bundan əvvəl “Sərin su”, “Dörd qardaş” və “Xanədan” şadlıq saraylarında karantin qaydalarının pozulduğu məlum olub. Müəssisə sahibləri cərimələniblər.

İyulun 12-si Sumqayıt İcra Hakimiyyəti ictimai iaşə obyektlərini yoxlamaq məqsədilə monitorinq qrupları yaradacağı barədə məlumat yaymışdır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir