Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün seminar keçirilib

Total
0
Shares
Foto Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi
Foto Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi

Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrini maarifləndirilməsi məqsədi ilə “İnsan alveri, onun mahiyyəti və törətdiyi fəsadlar ” adlı seminar keçirilib.

Görüşü keçirməkdə məqsəd gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, gənclərimizi ayıq-sayıq olmağa çağırmaqdır.

Seminarda İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin baş məsləhətçisi Eldar Muradov, psixoloqu Elnarə Əliyeva, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları Azər Bağırov, Aqşin Məmmədov, Mərkəzin direktoru Gülşən Ömərova və psixoloqu Rəna Muxtarova iştirak ediblər.