Sumqayıt və Lənkəran Dövlət Universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalandı. Bu haqda məlumat SDU-nun rəsmi səhifəsində paylaşılıb.
Görüşdə SDU-nun rektoru professor Elxan Hüseynov, prorektorlar, dekanlar və Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov iştirak ediblər. Rektorlar öz çıxışlarında həmin ali təhsil müəssisələrində təşkil edilən müxtəlif layihələr, atılan uğurlu və mühüm imzalar haqda söz açdılar. Daha sonra isə hər iki universitetin rəhbəri əməkdaşlıq müqaviləsini imzaladı.
Müqavilədə əməkdaşlıq zamanı müəllimlərin və tələbələrin akademik mübadiləsi, magistrantların və bakalavriat tələbələrin stajkeçmə və təcrübələrinin təşkili, qazanılmış kreditlərin qarşılıqlı olaraq tanınması və hərtərəfli inkişafa töhvə verəcək digər məsələlər öz əksini tapıb.