Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Sumqayıtda qastrol səfəri ilə çıxış edib. Sumqayıt24 bu haqda 21 iyul tarixində məlumat verir.
Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə şair-dramaturq İftixarın “Nurlu ömrün anları” tamaşası nümayiş olunub. Tamaşa Sumqayıt Dövlət Dram Teatrının səhnəsində təqdim olunub.
Layihə Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilib.