Sumqayıt: “Eloğlu” şadlıq sarayı sahibi 4000 manat məbləğində cərimələndi

Total
0
Shares
Envato
Envato

30 iyul, Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən “Eloğlu” şadlıq sarayının sahibi cərimələnib. Bu barədə bu gün, 31 iyul səhər saatlarında məlum olub.

Məlumata əsasən, polis əməkdaşlarının keçirdiyi reyd zamanı şadlıq sarayında keçirilən toy məclisində karantin qaydalarına riayət olunmaması və mərasimin məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkar olunub.

Bu səbəbdən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən restoranın sahibi 4000 manat məbləğində cərimələnib.

Daha öncə, iyulun 28-i Sumqayıtda yerləşən “Dan ulduzu” şadlıq sarayında 150 nəfərdən artıq şəxsin iştirak etməsi, işçilər arasında tibbi maskalardan və əlcəklərdən istifadə etməyənlərin olması və sairə pozuntular üzə çıxıb.

Operativ qərargah 1 iyul 2021-ci il tarixindən etibarən şənliklərin (toy, nişan, ad günü və s.) keçirilməsinə icazə verib. Qeyd edək ki, toy mərasimində iştirakçıların sayı 150 nəfərdən çox olmamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir