Sumqayıt şəhər ərazisində evlərin birindən oğurluq edən şəxs saxlanılıb. Bu məlumat Daxili İşlər Nazirliyinin rəsmi saytında paylaşılıb.
Beləliklə, Sumqayıtın 4-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qızıl-zinət əşyaları, 7500 manat və noutbuk oğurlamaqda şübhəli bilinən N.Məmmədov tutulub.
Bundan əvvəl 4 avqust, Sumqayıtda gecə mağazaya daxil olub və oradan müxtəlif əşylar oğurlayan Münasib Şirinov polis əməliyyatı nəticəsində saxlanılmışdır.