“Sumqayıt” FK-nın Azərbaycan Kubokundakı rəqibi bəlli olub. Bu haqda klubun rəsmi İnstagram səhifəsinə istinadən xəbər veririk.
Şəhərimizi təmsil edən komanda Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ” üzərində qələbə çalmaq üçün meydana çıxacaq. Həmin matç 2 fevral tarixində baş tutacaq. Qeyd edək ki, “Sumqayıt” cavab oyununu 13 fevral tarixində keçirəcək.
Xatırladaq ki, ötən mövsüm komandamız bu turnirin finalına çatsa da, orada “Keşlə” üzərində qaləbə qazana bilməyib.