“Sumqayıt” futbol klubu öz meydanında məğlubiyyətə uğrayıb. Bu haqda Peşəkar Futbol Liqasının saytına istinadən xəbər veririk.
Belə ki, şəhərimizi təmsil edən klub “Kapital Bank Arena” stadionunda “Keşlə” klubunu qəbul edib. Bu prinsipial matçda paytaxt təmsilçisi Pərviz Azadov, Rəhman Hacıyev və Felipe Santosun qolları ilə “Sumqayıt” klubunu 3-1 hesabı ilə üstələyib. Klubumuzun yeganə qolunu Camaləddin Xocaniyazov vurub.
Qeyd edək ki, bu turdan sonra komandamız 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.