“Sumqayıt” klubunun futbolçuları təlim-məşq toplanışına qatılıblar. Sumqayıt24 bu haqda 16 mart tarixində Report.az-a istinadən xəbər verir.
Bu gündən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin toplanışı başlayıb. Bakıda keçirilən hazırlıq prosesinə 24 oyunçu cəlb olunub. Onların sırasında “Sumqayıt” təmsilçiləri Ayxan Qocayev, Ayhan Süleymanlı və Həsrət Mürsəlov da var.